Məzmuna keçin

Çakralar - Sahaja Yoga Azerbaijan

image/svg+xml
Haqqımızda       Sahaja Yoga        Meditasiya        Bizə qatılın            AZ  |  RU |  EN
AZ  |  RU | EN
image/svg+xml
Şri Mataji         Kundalini          Çakralar         Enerji kanalları
"Hamı üçün öz kökləri haqqında biliyə sahib olmaq vacibdir. Sahaja Yoga hər kəsə öz mənəvi rəhbəri olmağa imkan verir"
Şri Mataji Nirmala Devi
SUBTİL (İNCƏ) BƏDƏN

"Çakralar barədə həddindən artıq narahat olmaq Sahaja yoqun irəliləməsi üçün yaxşı deyil. Əksinə, meditasiya edərək çakralar haqqında düşünməyin."

Şri Mataji Nirmala Devi

Fiziki bədəni ilə yanaşı insanın emosional, intellektual, psixoloji və mənəvi varlığını tənzimləyən subtil (incə) sistem də orqanizmində mövcuddur. Subtil bədən adlanan bu enerji sistemi, Nadi adlanan üç enerji kanalından və yeddi əsas enerji mərkəzindən - çakralardan ibarətdir.
Çakralar

Çakralar - sinir kələflərində yerləşən enerji mərkəzləridir. Sanskrit dilindən "çakra" "təkər"deməkdir. Subtil bədənimizdə hər biri təkamül mərhələsinə uyğun gələn yeddi əsas çakramız var. Hər bir çakra insanda müəyyən mənəvi keyfiyyətləri təcəssüm etdirməyə məsuldur. Aydınlanmanı alandan sonra içimizdəki İlahilik prinsiplərini ifadə edərək enerji mərkəzləri "vibrasiyalar" yaymağa başlayırlar.

Fiziki, zehni və emosional problemlər bir və ya daha çox çakrada balanssızlığın nəticəsi ola bilər. Aydınlanma ondan əvvəl hərəkətsiz vəziyyətdə olan Kundalini enerjisini oyatmağa imkan verir. Kundalini oyanıb mərkəzi kanalla yüksələrək yeddi əsas çakranı təmiz enerji ilə dolduraraq insanlara xas olan bütün mənəvi xüsusiyyətlərin təzahürünü mümkün edir.
MULADHARA ÇAKRASI - MƏSUMLUQ VƏ HİKMƏT
İlk çakra Muladhara, bütün subtil enerji sistemimizin əsasını təşkil edir. İçimizdəki əbədi və sarsılmaz keyfiyyətləri təmsil edir. Bu keyfiyyətlər yalnız Kundalini oyananda tam şəkildə özünü göstərir.

Məsumluq, müdriklik, saflıq - bu uşaq keyfiyyətləri Muladharanın mahiyyətidir. Muladharanın tarazlaşması yaşlandıqca itirdiyimiz keyfiyyətləri bərpa etməyə kömək edir. Bu çakra həm də bizə məqsəd və istiqamət verir, təbiətin ahəngi ilə tarazlıqda olmağımıza kömək edir.

Fiziki təzahürlər: reproduktiv və ifrazat sistemləri, cinsiyyət orqanları.
SVADİSTAN ÇAKRASI - YARADICILIQ QABİLİYYƏTİ, SPONTANLIQ
İkinci çakra Svadistan  boz beyin hüceyrələrini enerji ilə təmin edir. Bu fəaliyyət mərkəzidir. Hər dəfə düşünəndə və hərəkət edəndə Svadistan çakrasının enerjisindən istifadə edirik. Çox iş görmək (fiziki və ya zehni olaraq) bizi tarazlıqdan çıxara bilər.

Svadistan yaradıcı instinktlərimizi stimullaşdırır. Onun keyfiyyətlərinə: ideya yaratmaq, gözəllik qavrayışı, kəskin intellektual qavrayış, saf bilik və diqqət daxildir. Bu keyfiyyətlər meditasiya zamanı düşüncəsiz vəziyyətə çatmaq üçün çox vacibdir.

Fiziki təzahürlər: mədə, bağırsaq, qaraciyərin aşağı hissəsi, öd kisəsi, dalaq.
NABİ - RAHATLIQ, MƏMNUNLUQ
Üçüncü enerji mərkəzi Nabi, həzm proseslərindən və maddələr mübadiləsinə cavabdehdir. Svadistan və Void ilə bir işləyir, qarın boşluğundakı orqanlarını idarə edərək bədənimizdə ahəngdar bir fizioloji mühit təmin edir.

Bu çakra dünyəvi istəklərimiz və onların məmnuniyyəti ilə sıx bağlıdır. Harmonik və balanslı ailə həyatı. Karyera uğuru və statusumuz. Maddi rifah. Balanslaşdırılmış Nabi maddi ehtiyaclarınızdan məmnunluğumuzu təmsil edir və daha yüksək hədəflərə çatmaq üçün inkişaf edə biləcəyimiz bir təməldir. Nabinin digər keyfiyyətlərinə qayğı, salehlik, hüzur və sevinc daxildir.

Fiziki təzahürlər: mədə, bağırsaq, qaraciyərin yuxarı hissəsi, öd kisəsi, dalaq.
VOİD (BOŞLUQ) - ŞƏXSİ İNTİZAM, ÖZÜNÜ İSTİQAMƏTLƏNDİRMƏ
Void - mərkəzi kanaldakı qırılma bölgəsində insanın bilikləri daxilində aydınlanmamış bir şüur okeanıdır. Kundalinimizin  oyanması zamanı bu boşluq saf biliklərlə dolur. Voidun keyfiyyətlərinə tarazlıq, salehlik, şəxsi ləyaqət hissi, şəxsi intizam, qətiyyətlilik, səbirlik, həqiqət və bilik istəyi daxildir. Nəticədə, Void Quru prinsipi ilə əlaqəlidir: mənəvi təkamüldə özümüzü və başqalarını istiqamətləndirmək bacarığı ilə bağlıdır.

Void, Nabi və Svadistan çakralarımız vahid bir qrupdur. Birlikdə təkamülümüzün yaradılışdan mənəviyyatın daha yüksək şüuruna və Aydınlanmamıza doğru gedişatını təyin edir.

Fiziki təzahür: Nabi və Svadistan ilə birlikdə qarın orqanlarının və həzm sisteminin işini tənzimləyir.
ANAHATA (ÜRƏK) – SEVGİ, MƏRHƏMƏT, QORXMAZLIQ
Ürək çakrasının əsas keyfiyyəti  – şərtsiz və fədakar sevgidir. Mütləq deyil ki, bu sevgi yoldaşımıza, uşağımıza və ya ailəmizə qarşı olsun. Bu, ünsiyyət qurduğumuz hər kəsə qarşı,  ola bilsin ki, hətta tanımadığımız insana qarşı olan və ürəyimizi bir neçə anlıq sevinclə dolduran sevgi ola bilər.  Ürək çakramız tarazlıqda olduqda hər zaman hiss edə biləcəyimiz, həqiqətən də, gözəl bir duyğudur. Ürək çakrası şəfqət, nəcib davranış, sevinc və inamı da artırır.

O həm qorxularımızı aradan qaldırır, təhlükəsizlik hissi verir, həm də  müsbət ata və ana münasibətləri yaradır. Tarazlıqda olan ürək çakrası ilk növbədə özümüzə qarşı sevgi yaradır.

Fiziki səviyyədə ürək çakrası qan dövranı və tənəffüs sistemlərimizin sağlamlığına kömək edir.

Ürək çakrasını tarazlamaqla bu sistemlərdəki fiziki problemlərdən azad olmaq olar. Bu çakra, xəstəliklərlə mübarizə aparmağımıza kömək edən antikorların istehsalı və qidalanmasına da cavabdehdir.

Fiziki təzahür: tənəffüs, ürək orqanı, ağciyərlər, süd vəziləri.
VİŞUDİ - ÜNSİYYƏT, DİPLOMATİYA, KOLLEKTİVLİK
Vişudi çhakrası ünsiyyət bacarıqlarımızı idarə edir. Vişudisi tarazlıqda olan insan ümidsiz bir vəziyyətdə hər kəsi bir neçə söz deyib sakitləşdirə, ya da qarşı tərəflərin hörmətini qazanaraq gərgin bir mübahisəni həll edə bilər. Belə insanın gözəl yumor duyğusu, nəzakətlilik, xoş ünsiyyətlilik və digər

diplomatik qabiliyyətləri olur. Bu enerji mərkəzi başqaları ilə müsbət və sağlam münasibətləri qorumaq üçün vacibdir.

Fiziki təzahür: boyun, əllər, ağız, dil, dişlər, burun, üz.
AGİYA - BAĞIŞLAMA, ZEHNİ SÜKUT
Bu çakranın mahiyyəti bağışlamadır. Bağışlamadığımız zaman bu çakranı tarazlıqdan çıxararaq özümüzə zərər veririk. Tarazlanmış Agiya çakrası düşüncəsiz fərqindəlik vəziyyətində olmaq və zehnimizdə sükut yaratmaq üçün çox vacibdir.

Bəzən "üçüncü göz" adlandırılan Agiya ego (düşüncə, planlaşdırma) və superego (xatirələr, şərtliliklər və duyğular) arasındakı tarazlığı da qoruyur. Bu, saf mənəvi varlıq böşgəsini simvolizə edən Sahasrara çakrasının qapısıdır.

Fiziki təzahür: görmə və eşitmə qabiliyyətləri, düşüncə prosesi, hipofiz, epifiz.
SAHASRARA - İNTEQRASİYA (BİRLƏŞMƏ)
Sahasrara çakrasının əsas keyfiyyəti kainatın bütün elementləri ilə birləşmə və birlik hissidir. Məhz Sahasrara çakrasının vasitəsilə  hər tərəfi əhatə edən  İlahi enerji ilə əlaqə və mütləq həqiqəti hiss edirik. Sahasrara son hədəfimizi təmsil edir. Bizi yaradan qüvvə ilə əlaqə qurmayana qədər həyatımızın mənasını və məqsədini tam olaraq anlaya bilmərik.

Fiziki təzahür: beyin.
image/svg+xml
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
image/svg+xml
Məqaləyə qayıt