Məzmuna keçin

Enerji kanalları - Sahaja Yoga Azerbaijan

image/svg+xml
Haqqımızda       Sahaja Yoga        Meditasiya        Bizə qatılın            AZ  |  RU |  EN
AZ  |  RU | EN
image/svg+xml
Şri Mataji         Kundalini          Çakralar         Enerji kanalları
“Siz bu üç qüvvənin sintezi olursunuz”
Şri Mataji Nirmala Devi
ENERJİ KANALLARI

“İndi Sahaja Yoga içimizdə olan hər üç qüvvənin sintezidir.
Birinci – fiziki qüvvə, ikinci – emosional qüvvə və üçüncü – təkamül qüvvəsidir.”

Şri Mataji Nirmala Devi
Sanskrit dilində kanal "Nadi"adlanır. Adətən, kanalı qapalı bir keçid kimi təsəvvür edirik. Subtil (enerji) sistemimizdə kanal - Kundalini enerjisinin axması üçün vasitədir.
IDA NADİ (SOL KANAL VƏ YA AY KANALI)
Sol kanal duyğular, istəklər və keçmişimizlə əlaqəlidir. Beləliklə, arzularımız və ya duyğularımız oyananda diqqətimiz sol Kanala keçir.

Sol enerji kanalımız 1-ci çakramızdan (Muladharadan) başlayır, bədənimizin sol tərəfi ilə qalxır və beynimizin sağ tərəfində bitir. Subtil sistemimizdə beynimizin bu hissəsi Supereqo adlanır.  Xatirələr, vərdişlər və şərtliliklərimiz bura yığılır. Bizə təsir edən hər şey: valideynlər və dostlarımızın öyüdləri, irq, etnik mənsubluq, milliyyət və mədəniyyətimizlə eyniləşdirilməmiz Supereqomuzda saxlanılır.
SOL KANALIN XÜSUSİYYƏTLƏRİ

Sol enerji kanalının ən vacib keyfiyyəti sevincdir. Kiçik bir uşaq olduğumuz zaman hər səhər xoşbəxt oyanırdıq. Həmin sevinc hissini bizə Sol enerji kanalımız verir. Yetkin yaşımızda bu hissi yenə də qaytarmaq istəyirik. Bu sevinc hələ də içimizdə yaşayır və meditasiya ilə oyadıla bilər.

SOL KANALIN TARAZLANMASI

Saf Sol enerji kanalı emosional tarazlığı təmin edir və dərin sevinc, saf sevgi və mərhəmət kimi keyfiyyətləri ifadə etməyə kömək edir.

Sol enerji kanalımız ağırlaşanda, emosional vəziyyətimiz dəyişir. İçimizdə depressiya, letargiya, kədər, özümüzə hörmətsizlik və ya günahkarlıq kimi hisslər oyanır.

Sol kanalı tarazlamaq üçün bizə yalnız meditasiya etmək lazımdır.  Sahaja Yoga meditasiya üsulları ilə sevinc və daxili emosional tarazlıq vəziyyətini asanlıqla bərpa etmək olur.
PİNGALA NADİ (SAĞ KANAL VƏ YA GÜNƏŞ KANALI)
Sağ kanal gələcək və fəaliyyət (həm zehni, həm də fiziki) kanalıdır. İstəklərimizə uyğun hərəkət edərkən diqqətimiz sağ kanala keçir.

Sağ enerji kanalımız 2-ci çakradan (Svadistandan) başlayır, bədənimizin sağ tərəfi ilə qalxır və beynimizin sol tərəfində bitir. Subtil sistemimizin Eqo adlanan bu sahəsi bizə fərdilik hissi verir. Özümüzə və başqalarına etdiyimiz hərəkətlərin təsiri Sağ kanalımızdakı diqqətimizin nəticəsidir.
SAĞ KANALIN XÜSUSİYYƏTLƏRİ

Fəaliyyət və planlaşdırma Sağ enerji kanalının əsas keyfiyyətləridir. Fiziki cəhətdən aktiv və dinamik olduğumuz zaman bizə enerji verən Sağ kanaldır. Bir şeyə diqqət yetirdiyimiz, planlaşdırdığımız və ya təhlil etdiyimiz zaman bu kanal zehni fəaliyyətimizi də artırır.

SAĞ KANALIN TARAZLANMASI

Saf formada sağ kanal bizi dinamik edir, sakit zehnimizlə, sevinc hiss edərək hərəkət etməyimizə kömək edir. Sağ tərəfdən həddindən artıq enerji sərf etdiyimiz zaman sol tərəfimizi zəiflədirik. Nəticədə, emosional tərəfimiz arxa plana keçir və sevinc hissi yox olur. Hirsli, əsəbi və hətta aqressiv oluruq. Həmin zaman yanımızda olmaq o qədər də xoş deyil.

Daxili sakitlik və dinamizm vəziyyətinizi asanlıqla bərpa etmək üçün meditasiya edə və Sahaja Yoga meditasiya üsullarından istifadə edə bilərsiniz.
SUSHUMNA NADİ  (MƏRKƏZİ KANAL)
Mərkəzi kanal tarazlıq və mənəvi təkamül kanalıdır. Buna orta yol da deyilir.

Mərkəzi enerji kanalımız, onurğanın əsasında olan sakrum sümüyündən düz yuxarı, son çakraya (Sahasraraya) qədər uzanır.
MƏRKƏZİ KANALIN XÜSUSİYYƏTLƏRİ

Ruhsal təkamül və kollektiv şüurla inteqrasiya Mərkəzi kanalın ən vacib keyfiyyətləridir. Məhz bu kanalın xüsusiyyətləri sayəsində biz axtardığımızı tapa bilirik - artıq maddi rifahımız bizi maraqlandırmır, məmnunluq, hüzur hissi almaq istəyirik.

Aydınlanmamızı alanda Kundalini mərkəzi kanalla yüksəlir.

MƏRKƏZİ KANALIN TARAZLANMASI

Mərkəzi kanalımız Sahasrara çakrasına uzanan yoldur. Aydınlanmamızı alan zaman Kundalini enerjimiz Sahasrara çakrasına çatmaq üçün bu mərkəzi kanalla yüksəlir. Kanal boyunca yüksələrək onu qidalandırır və gücləndirir.

Düşüncəsiz fərqindəlik vəziyyətində meditasiya   zamanı diqqətimiz  sol kanaldan sağa, keçmişdən gələcəyə atılmasını tədricən dayandırır və Mərkəzi kanalımıza qayıdır. Bu zaman diqqətimiz cəmləşdirilmiş olur. İndiki anda oluruq və həqiqi daxili rahatlıq və sevinc yaşayırıq.

Mərkəzi kanalın güclü olması və inkişaf etməyin açarı, düşüncəsiz fərqindəlik vəziyyətində mütəmadi meditasiya etməkdir.
Sahaja Yoga bütün dünyada tətbiq olunur. Meditasiya dərsləri müxtəlif yerlərdə ödənişsiz keçirilir.

Təlimlər bildiklərini könüllü şəkildə bölüşmək istəyən təcrübəli yoqilər tərəfindən keçirilir.
image/svg+xml
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
image/svg+xml
Məqaləyə qayıt