Məzmuna keçin

Kundalini - Sahaja Yoga Azerbaijan

image/svg+xml
Haqqımızda       Sahaja Yoga        Meditasiya        Bizə qatılın            AZ  |  RU |  EN
AZ  |  RU | EN
image/svg+xml
Şri Mataji         Kundalini          Çakralar         Enerji kanalları
“Kundalininin bir qüvvəsi var – övladlarına sevinc bəxş etməkdir və O da məhz bunu edir."
Şri Mataji Nirmala Devi
AYDINLANMA - KUNDALİNİNİN OYANMASIDIR

“Kundalininin qüvvəsi onun mütləq saflığı, uyğunluğu, müqəddəsliyi, iffəti, özünə hörməti, saf sevgisi, heç nəyə bağlı olmaması, qayğısı, aydınlanmış diqqətidir. Bütün bunlar sizə sevinc bəxş edir. Hər bir ana övladının sevincli olmasını istədiyi və övladlarına sevinc bəxş etmək istədiyi kimi, Kundalininin bir qüvvəsi var – övladlarına sevinc bəxş etməkdir və O da məhz bunu edir."
Şri Mataji Nirmala Devi

Kundalini - oyanaraq bütün çakraları birləşdirən və bizə Yoga verən enerjidir, yəni İlahi sonsuz sevgi  enerjisi ilə "birlik" verən enerjidir. İnsan orqanizmində bir-biri ilə hörülmüş enerji ipləri şəklində mövcuddur. İplərin sayı 108 dərəcədə 21-dir. Kundalini öz Anamızdır. Bu, canlı enerjidir, hər övladı haqqında hər şeyi bilir. Düşünmək və qərar vermək qabiliyyətinə malikdir, yəni olduqca yüksək şüura malikdir. Tanrının bir aspekti olaraq O əzəli, dəyişdirici, şəfa verən qüvvədir. Saf, qidalandırıcı bir sevgidir. Hər birimizin Kundalinisi var və O bizim İlahi Anamızdır. Onun diqqəti gecə-gündüz bizdədir. Bütün əməllərimizdən xəbəri var. Kundalini həm də saf istək enerjisi adlanır.

Kundalini enerjisinin oyanışı Aydınlanma və ya "yenidən doğum" hadisəsidir. Oyandıqda Kundalini onurğa sütunu boyunca yüksəlir, bütün enerji mərkəzlərindən keçir və beynin limbik bölgəsini keçərək insanı kosmosu əhatə edən enerji ilə birləşdirir. Bu birləşmə insana meditasiya vəziyyətini,  yəni düşüncəsiz fərqindəlik vəziyyətini verir. Həmin vəziyyət kosmos biliklərini insanın sinir sistemində əks etdirir və gerçəyi dərk etməyə imkan verir.

Oyanmadıqda bu enerji burulmuş vəziyyətdə (Kundalini sanskrit dilindən "burum" kimi tərcümə olunur) onurğanın əsasında -  üçbucaq şəklində oma sümüyündə yerləşir (latın dilində "sakrum" adlanır,  tərcümədə "sakrum" - "müqəddəs"  deməkdir).

İçimizdəki həyat ağacını bəsləyən Kundalini ilan kimi yuvarlanır, buna görə də qədimdə Onu "ilan enerjisi" adlandırırdılar.

Bu sümükdə O yuvarlanmış, yatmış vəziyyətində olur. Burada heç bir şey Onu təhdid edə bilməz, çünki ilk çakranın - Muladhara çakrasının enerjisi ilə qorunur. Bəziləri Kundalininin ilk çakrada olduğuna səhv inanırlar. Bu yanlışdır,  Kundalini bir az daha yüksəkdədir (Muladhara çakrasının üstündəki bölgəyə "muladhar" deyilir). Oyanmış Kundalini mərkəzi enerji kanalı ilə yüksəlir. Aydınlanmanı aldıqda Kundalini enerjisi başın yuxarı hissəsinə çatır və başın üstündə sərin bir əsinti kimi hiss olunur.
"Qeyd etməli vacib bir məqam var: bu Kundalininin oyanmasıdır, bunun sayəsində siz öz Aydınlanmanızı alırsınız - bu pul ilə ödəyə bilməyəcəyiniz canlı bir təkamül prosesidir. Bu proses Ana torpağa əkilmiş toxum cücərməsinin prosesinə bənzəyir. Toxum cücərəcək, çünki Ana torpaq ona cücərmək üçün güc verir, lakin toxumun özü də böyümək üçün daxili keyfiyyətə malikdir."

Şri Mataji Nirmala Devi
image/svg+xml
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
image/svg+xml
Məqaləyə qayıt